Mexanik filtrlər
Mexanik filtrlər sudan müxtəlif çirkləri – qum və gil hissəciklərini, pasları, kiçik çirkli hissəcikləri effektiv şəkildə təmizləyir. Əsasən filtrasiyanın ilkin mərhələsi kimi quraşdırılır. Seçilmiş təmizlənmə dərəcəsindən asılı olaraq tələb olunan suyun keyfiyyətini təmin edir.
Təqdim etdiyimiz (3 hissəli) mexaniki filterlər suyun ana xəttinə quraşdırılır.
– 1-ci filter 5 mikron presdənmiş panbuqdan ibarətdir və suyun tərkibində olan 5 mikrona kimi daşı, lili, qumu təmizləyir.
– 2-ci filter xırdalanmış panbuqdan ibarətdir və suyun tərkibində olan xlordan təmizləyir.
– 3-cü filter 1 mikron xırdalanmış kömürdən ibarətdir və suyun tərkibində olan 1 mikrona kimi ağır metallardan təmizləyir.