Description
Su filter balonları
filtrasiya sistemlərində istifadə olunan müxtəlif növ dəyişdirilə bilən filtr patronlarıdır və suyun mexaniki çirklərdən, qum, pas, lil, ağır metallar, bakteriya və kimyəvi maddələrdən təmizlənməsini təmin edir. Bu balonlar suyun keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, filtr sisteminin ömrünü uzadır və daha sağlam içməli su əldə etməyə kömək edir.
Karbon, polipropilen, keramika və mineral əsaslı balonlar suyu fərqli mərhələlərdə təmizləyir və hər biri xüsusi funksiyaya malikdir. PP sediment balonları çirkləri süzür, karbon balonları qoxunu və xloru aradan qaldırır, mineral və antibakterial balonlar isə suyun dadını və qida tərkibini yaxşılaşdırır. Pratik quraşdırma və universal uyğunluğu ilə su filter balonları həm RO, həm də digər su təmizləyici sistemlərdə geniş şəkildə tətbiq olunur.
Müntəzəm dəyişdirildikdə suyun axın sürəti, təmizlənmə səviyyəsi və ümumi filtrasiya performansı maksimuma çatır. Ev, ofis və restoranlarda istifadə üçün ideal seçimdir.

