eks osmos membranlari - Lifetech

Əks Osmos membranları

Əks Osmos membranları

Əks osmos membranları (RO — Reverse Osmosis membranes) suyun təmizlənməsi üçün ən təsirli texnologiyalardan biridir və suyun tərkibindəki duzları, ağır metalları, mikroorqanizmləri və digər çirkləndiriciləri çıxarmaq üçün istifadə olunur. Bu membranlar suyun çox incə məsamələrdən yüksək təzyiq altında keçməsi ilə işləyir, çirkləndiriciləri aradan qaldıraraq təmiz içməli su əldə edilməsini təmin edir.

Əks osmos membranlarının iş prinsipi

Əks osmos prosesi təbii osmos fenomeninin əksinə olaraq işləyir. Təbii osmos zamanı su aşağı konsentrasiyalı məhluldan yüksək konsentrasiyalı məhlula keçir. Əks osmosda isə yüksək təzyiq tətbiq edilərək bu axın tərsinə çevrilir:

  • Yüksək təzyiq: Təmiz su (h2o) molekulları membrandan keçərkən çirkləndiricilər (duzlar, bakteriyalar, ağır metallar və s.) membranın digər tərəfində saxlanılır.
  • Məsamələr: RO membranlarının məsamə ölçüsü təxminən 0.0001 mikron təşkil edir, bu da ən kiçik çirkləri belə effektiv şəkildə təmizləyir.

Modellər

  • Membran Tecflo 40×40
  • Membran Waterboss 40×40
  • Membran Oltramare 40×40
  • Membran LG 40×40
  • Membran Vontron 40×40
  • Membran Waterboss 80×40
  • Membran Tecflo 80×40
  • Membran Oltramare 80×40
  • Membran Winder 80×40
  • Membran LG 80×40
Osmos su sistemləri - lifetechOsmos su sistemləri - lifetech

Əks Osmos sistemlər

Əks Osmos tonajlı filter sisteminin iş prinsipi;

Life Tech şirkətinin Sizlərə təqdim etdiyi Əks Osmos filterləri suyun ana xətdinə quraşdırılır.  1960-cı ildən bəri suyun təmizlənməsi metodu kimi tətbiq olunur. Minimal su vermək qabiliyyəti 4 tondan başlayır.

Əks Osmos sistemləri fərdi evlər, qazanxana, ümumi istilik şəbəkələri, xəstəxana, dializ mərkəzləri, laboratoriyalar, kimya sənayesi və su istehsalında istifadə olunur. Pirogenləri və bakteriyaları yox edir, çirkab su problemləri yaratmır. Emal olunan suda üzvi maddələrin 90%-i, qeyri-üzvi duzların 98-99%-i xaric olur.

Cihazdakı membranlar sayəsində. Su yüksək təzyiq altında membranların üzərindəki məsamələrdən keçməyə məcbur olur. Bu müddətdə su molekulları və bəzi qeyri-üzvi molekullar bu məsamələrdən keçə bilsələr də, suda olan maddələrin çoxu bu məsamələrdən keçə bilmir və konsentrat su kimi atılır. Membran səthinin daim təmiz və tıxanmamış olmasını təmin edərək, membran elementi içərisində baş verən “çarpaz axın” prosesidir. Çapraz axın sayəsində bəzi maye (məhsul suyu) membrandan keçir, bəzi maye (sıx su) membranın səthinə paralel olaraq çirklərin membrana yapışmasının qarşısını alır. Bu proses digər filtrasiya sistemlərinə nisbətən daha keyfiyyətli su əldə etməyə imkan verir.

Əks Osmos sistemlərinin Üstünlükləri:

⚡Turşu və qələvilərin istifadəsi tələb olunmur
⚡Kompakt dizayna malik olduğuna görə iş sahəsinə qənaət edir
⚡Qurğuların yüksək iş keyfiyyəti və etibarlılığı xidmət prosesini və xərcləri minimuma endirir

💧Birkartla ödəmə imkanı
💧1 il zəmanət
💧Ölkə daxili pulsuz çatdırılma və quraşdırılma

eks osmos sistemleri Lifetech

eks osmos sistemleri Lifetech

Əlaqə: 050 889 61 11 (WhatsApp aktivdir)