Description
Su filtri idarəetmə panelləri
su təmizləmə sistemlərinin avtomatik və təhlükəsiz şəkildə işləməsini təmin edən əsas elektron idarəetmə qurğularıdır. Bu panellər suyun təzyiqini, axınını, nasosların işini, filtr mərhələlərinin keçidini və sistemin ümumi fəaliyyətini tam nəzarətdə saxlayır. RO (Reverse Osmosis), sənaye su filtirləri, qum filtrləri, karbon filtrləri və yumşaldıcı sistemlər üçün xüsusi olaraq hazırlanmış idarəetmə panelləri sistemi optimallaşdırır və insan müdaxiləsini minimuma endirir.
İdarəetmə panelləri avtomatik yuma (backwash), regenerasiya, nasos idarəetməsi, su səviyyəsi sensoru, təhlükəsizlik qoruması və səhv siqnalları kimi funksiyalarla təchiz olunur. Bu, həm su keyfiyyətini yüksəldir, həm də avadanlığın ömrünü uzadır. Yüksək keyfiyyətli, suya və toza davamlı korpuslarla istehsal olunan panellər həm məişət, həm də industriyal sistemlərdə etibarlı idarəetmə təmin edir.

