Life Tech şirkətinin Sizlərə təqdim etdiyi Əks Osmos filterləri suyun ana xətdinə quraşdırılır. 1960-cı ildən bəri suyun təmizlənməsi metodu kimi tətbiq olunur. Minimal su vermək qabiliyyəti 4 tondan başlayır.
Əks Osmos sistemləri fərdi evlər, qazanxana, ümumi istilik şəbəkələri, xəstəxana, dializ mərkəzləri, laboratoriyalar, kimya sənayesi və su istehsalında istifadə olunur. Pirogenləri və bakteriyaları yox edir, çirkab su problemləri yaratmır. Emal olunan suda üzvi maddələrin 90%-i, qeyri-üzvi duzların 98-99%-i xaric olur.
Cihazdakı membranlar sayəsində. Su yüksək təzyiq altında membranların üzərindəki məsamələrdən keçməyə məcbur olur. Bu müddətdə su molekulları və bəzi qeyri-üzvi molekullar bu məsamələrdən keçə bilsələr də, suda olan maddələrin çoxu bu məsamələrdən keçə bilmir və konsentrat su kimi atılır. Membran səthinin daim təmiz və tıxanmamış olmasını təmin edərək, membran elementi içərisində baş verən “çarpaz axın” prosesidir. Çapraz axın sayəsində bəzi maye (məhsul suyu) membrandan keçir, bəzi maye (sıx su) membranın səthinə paralel olaraq çirklərin membrana yapışmasının qarşısını alır. Bu proses digər filtrasiya sistemlərinə nisbətən daha keyfiyyətli su əldə etməyə imkan verir.
Əks Osmos sistemlərinin Üstünlükləri:
⚡Turşu və qələvilərin istifadəsi tələb olunmur
⚡Kompakt dizayna malik olduğuna görə iş sahəsinə qənaət edir
⚡Qurğuların yüksək iş keyfiyyəti və etibarlılığı xidmət prosesini və xərcləri minimuma endirir
💧Birkartla ödəmə imkanı
💧1 il zəmanət
💧Ölkə daxili pulsuz çatdırılma və quraşdırılma
Buzsu kodu ilə bildiyiniz hər şeyi unudun
Yeni nəsil koreya filtrləri. Bu filtirlər tamamı ilə digər filtirlərdən aşağıdakı xüsusiyyətlərinə görən fərqlənir :
– Fiberglas xarici korpus
– Erqonomik dizayn.
– 8.1 Ph dəyəri
– 8 litrlik polad tank
– Uzun ömürlü filtrlər
– Bütün Sertifikatlar
– “PP – Daxili Çöküntü Filtri
– “UDF – Daxili Su Filtri
– “CTO – Daxili Su Filtri
– “Membran Filtri
– “Post Karbon Filtri
– Fiberglas Material
– 24V 100 GPD Pompası
– Paslanmayan polad kran
Mexanik filtrlər sudan müxtəlif çirkləri – qum və gil hissəciklərini, pasları, kiçik çirkli hissəcikləri effektiv şəkildə təmizləyir. Əsasən filtrasiyanın ilkin mərhələsi kimi quraşdırılır. Seçilmiş təmizlənmə dərəcəsindən asılı olaraq tələb olunan suyun keyfiyyətini təmin edir.
Təqdim etdiyimiz (3 hissəli) mexaniki filterlər suyun ana xəttinə quraşdırılır.
– 1-ci filter 5 mikron preslənmiş pambiqdan ibarətdir və suyun tərkibində olan 5 mikrona kimi daşı, lili, qumu təmizləyir.
– 2-ci filter xırdalanmış pambiqdan ibarətdir və suyun tərkibində olan xlordan təmizləyir.
– 3-cü filter 1 mikron xırdalanmış kömürdən ibarətdir və suyun tərkibində olan 1 mikrona kimi ağır metallardan təmizləyir.
Su filtrlərindəki kartriclərin dəyişdirilməsi vaxtında olmalıdır, çünki:
– Çirklənmiş kartriclərdə su daha yavaş axır;
– Kartric nə qədər uzun istifadə olunursa, bir o qədər pis işləyir;
– Köhnə filtr kartriclərin, uzun müddət istifadə olunması bütün təmizləmə sisteminə zərər verə bilər.